...

“31 dekabr Dünya Azərbaycanlılarının Həmrəyliyi günü” və yeni ilin gəlişi münasibətilə Ucar rayonunda şəhid ailələri ziyarət olunub (FOTO)

Cəmiyyət Materials 30 Dekabr 2022 11:07 (UTC +04:00)

Bakı.Trend:

“31 dekabr Dünya Azərbaycanlılarının Həmrəyliyi günü” və yeni ilin gəlişi münasibətilə Ucar rayonunda şəhid ailələri ziyarət olunub.

İlk öncə Azərbaycan Respublikaslnın Prezidenti Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanının müvafiq Sərancamı ilə 3 dərəcəli “Vətənə xidmətə görə" ordeni 29.12.2022-ci il tarixdə şəhid Ağayusif Mübariz oğlu Əliyevin və Fikrət Elşad oğlu Məmmədovun ailə üzvlərinə Ucar rayon İcra Hakimiyyətinin başçısı Mənsur Məmmədov və Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Ucar rayon şöbəsinin rəisi Ceyhun Əliyev tərəfindən təqdim olunmuşdur.

“ 31 dekabr Dünya Azərbaycanlılarının Həmrəyliyi günü” və yeni ilin gəlişi münasibətilə ənənəvi olaraq Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Ucar rayon şöbəsi tərəfindən ziyarətlər təşkil olunmuşdur.

Sonda Şəhid ailələri Dövlətimizin onlara olan qayğısından razılıqlarını bildirmiş və 2023-cü ilin dövlətimiz üçün daha da uğurlu olmasını diləmişdir.

Xəbər lenti

Xəbər lenti