...

Dövlət siyasətinin mərkəzində vətəndaşların sosial rifahı dayanır - Afət Həsənova

Cəmiyyət Materials 6 Yanvar 2023 12:45 (UTC +04:00)
Dövlət siyasətinin mərkəzində vətəndaşların sosial rifahı dayanır - Afət Həsənova
Elçin Mehdiyev
Elçin Mehdiyev
Bütün xəbərlər

Bakı. Trend:

Prezident İlham Əliyevin siyasətinin mərkəzində hər zaman vətəndaş rifahının təminatı dayanır və pensiya və əmək haqqlarının minimum məbləğinin artırılması dövlətin sosial siyasətinin daha bir bariz nümunəsidir.

Bunu Trend-ə Milli Məclisin deputatı Afət Həsənova deyib.

Deputat xatırladıb ki, Prezident İlham Əliyevin imzaladığı sərəncam ilə minimum əmək haqqı 345 manata, minimum pensiya isə 280 manata çatdırılacaq.

“Məlum olduğu kimi maaş və pensiyalar üzrə artım 800 mindən çox vətəndaşımızı əhatə edəcək ki, bu da olduqca böyük rəqəmdir. Dünyada baş verən böhran şəraitində ölkəmizdə bu cür mühüm sosial tədbirlərin həyata keçirilməsi sevindirici haldır. Son illərdə Azərbaycanda çox mühüm sosial tədbirlər həyata keçirilib, maaşlar, pensiyalar, sosial müavinətlər xeyli artırılıb. Əlbəttə ki, bu tədbirlər cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə aparılan düzgün siyasətin nəticəsidir”, - deyə deputat bildirib.

O qeyd edib ki, bu gün Azərbaycanın qarşısında çox mühüm vəzifələr dayanır. “Post-müharibə dövründə ərazilərin bərpası və yenidənqurulması, koronavirus pandemiyasının iqtisadiyyata mənfi təsirlərinin aradan qaldırılması və s. kimi mühüm məsələlər qarşıda dayanırdı. Bütün bunlarla yanaşı, əhalinin sosial müdafiəsinin gücləndirilməsi, qlobal bahalaşmanın insanlara təsirinin neytrallaşdırılması kimi böyük maliyyə tutumlu məsələ də qarşıda duran ən vacib vəzifələrdən biridir.

Əlbəttə ki, müharibədən çıxmış bir ölkə üçün bu cür çətin məsələlərin öhdəsindən gəlmək o qədər də asan deyil. Lakin cənab Prezident İlham Əliyevin həyata keçirdiyi məqsədyönlü siyasəti, düzgün müəyyən edilmiş strategiyası və qətiyyətli mövqeyi sayəsində Azərbaycan bu çətin vəzifələrin öhdəsindən layiqincə gəlməyi bacarır, ölkəmizdə heç bir sosial layihə təxirə salınmır, əhalinin rifahının yaxşılaşdırılması ardıcıl şəkildə davam edir”, - deyə A.Həsənova əlavə edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti