Bakı. Trend:
Bəsitçay qoruğunun bərpası ilə əlaqədar 30 hektara yaxın ərazi minalardan təmizlənib.
Trend-in məlumatına görə, bunu Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəisi Firuddin Əliyev deyib.
Onun sözlərinə görə, hazırda ilkin araşdırmalar aparılıb və dəymiş ziyan müəyyən edilib: "Minalar təmizləndikcə həmin qoruğun bərpası işləri aparılacaq. Artıq qoruğun ştat cədvəli və digər sənədlər hazırlanıb".