Bakı. Trend:
Xəzər dənizinin Şimal sahillərində suiti cəsədlərinin aşkarlanması ilə bağlı araşdırmalar davam edir.
Trend-in məlumatına görə, bunu Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəisi Firuddin Əliyev ilin yekunlarına dair mətbuat konfransında bildirib.
Onun sözlərinə görə, bu hadisənin zəhərlənmədən baş verməsi ehtimal olunur.
"Qida Təhlükəsizliyi Agentliyi analizlər götürüb. Həmin analizlərin nəticəsində səbəb məlum olacaq. Amma suiti cəsədlərində hər hansı bir xəsarət halları aşkarlanmayıb. Analizlərin cavablarından sonra səbəb barədə ictimaiyyətə məlumat veriləcək".
"Suiti cəsədlərinin bir hissəsi Rusiya tərəfindən axıntılar vasitəsilə gəlmişdi və bir qismi isə Azərbaycan sahillərində də aşkar edildi. İlkin qeyd edilən ehtimal suitilərin zəhərlənməsi ilə bağlı idi. Lakin dəqiq cavab analizlərin nəticələrindən sonra bilinəcək. Iakin qeyd etmək istəyirəm ki, burada hər hansı brokonyerlik halı və fiziki zədəyə rast gəlinməyib. Suiti cəsədləri uzun müddət dənizdə qalmışdı və cürümə mərhələsində idi. Rusiya tərəfindən bizə verilən məlumata görə, suitilərin ölümünə zəhərlənmə səbəb olub", - deyə o əlavə edib.