Bakı. Trend:
Yaşadığımız rəqəmsallaşma dövründə gündəlik fəaliyyətimiz, istifadə etdiyimiz əşyaların çoxu internetə bağlıdır. Belə olduqda, internetdə həyata keçirdiyimiz əməliyyatların sayı artır və daha çox cihaz üçün daha yüksək internet sürətinə ehtiyac duyuruq.
Təcili onlayn əməliyyat həyata keçirərkən və ya oyun oynayarkən, film izləyərkən internetdə baş verən donmaları necə aradan qaldıraq?
İnternetin sürətini artırmaq üçün bu siyahıya nəzər salaq.
1) Modemi gün ərzində söndürün,
2) Modemin yerini dəyişin,
3) Lokal şəbəkə (LAN-Lokal Area Network) əlaqəsini yoxlayın,
4) Kompüterinizi viruslar üçün skan edin,
5) İnternetə qoşulmuş cihazları minimuma endirin,
6) Modem dəyişikliyi edin,
7) Kompüterdə açıq qalan və internetdən istifadə edən proqramları bağlayın,
8) İnternet xidmət provayderini dəyişin.