...

“YouTube”da dəyişiklik

Cəmiyyət Materials 16 Yanvar 2023 20:57 (UTC +04:00)
“YouTube”da dəyişiklik
İlqar Şabanov
İlqar Şabanov
Bütün xəbərlər

Bakı. Trend:

“YouTube” öz daxilində serial və filmlərin yayımı üçün media şirkətləri ilə danışıqlara başlayıb.

Trend-in məlumatına görə, kanalda qısa müddətdə seriallardan filmlərə, hətta televiziya proqramlarına qədər bir çox verilişlərin hazırlanması gözlənilir.

“YouTube”un təqdim edəcəyi yeni məzmun televiziya kanallarında olduğu kimi reklamlarla da xidmət göstərəcək.

“Biz həmişə tamaşaçılara onlar üçün ən vacib olan məzmunu daha asan tapmaq, izləmək və paylaşmaq üçün mərkəzi platforma vermək üçün yeni yollar axtarırıq", - şirkətin sözçüsü deyib.

Digər tərəfdən, "YouTube"da artıq bəzi filmlər var. Əslində televiziya kanalları serialları, verilişləri "YouTube"da yayımlayır. Ancaq əlbəttə ki, platformanın onları axın şəklində yayımlaması bir ilk olacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti