Bakı. Trend:
Mərkəzi Gömrük Hospitalının Travmatologiya şöbəsinin rəisi, t.ü.f.d., travmatoloq-ortoped Ramin Rzayev “Ön çarpaz bağın diz oynağında funksiyası və zədələnmələrinin müalicəsi” mövzusunda məlumat verib. Dr.Ramin Rzayevin çıxışını Mərkəzi Gömrük Hospitalının youtube kanalında izləyə bilərsiniz. Linki Sizə təqdim edirik. https://youtu.be/f4L1Aq5fjaY
Qeyd edək ki, Dr. RAMİN RZAYEV Mərkəzi Gömrük Hospitalında oynaqların endoprotezləşdirilməsi, oynaqların artriskopiyası, yuxarı və aşağı ətrafların əyriliklərinin-deformasiyalarının korreksiyası, çanağın qapalı və açıq üsulla osteosintezi və digər ortopedik- travmatoloji əməliyyatların həyata keçirilməsi ilə məşğuldur.
1996-cı ildə Azərbaycan Tibb Universitetinin
müalicə-profilaktika fakültəsinə daxil olmuş Dr. Ramin Rzayev
2001-ci ildə təhsilini Rusiya Federasiyası akademik İ.Pavlov adına
Sankt-Peterburq Dövlət Tibb Universitetində davam etdirmiş və
2003-cü ildə həmin universiteti fərqlənmə diplomu ilə
bitirmişdir.
2003-2004-cü illərdə Rusiya Federasiyasının Sankt-Peterburq
diplomdan sonrakı təhsil üzrə Tibb Akademiyasının professor İ.
Djanelidze adına Sankt-Peterburq Təcili Yardım Elmi Tədqiqat
İnstitutu nəzdində Ağır Zədələnmələrin Cərrahiyyəsi kafedrasında
ümumi cərrahiyyə üzrə internatura təhsili almışdır.
2004-2006-cı illərdə Rusiya Federasiyasının Sankt-Peterburq diplomdan sonrakı təhsil üzrə Tibb Akademiyasının professor R.R. Vreden adına Travmatologiya-Ortopediya Elmi Tədqiqat İnstitutu nəzdində Travmatologiya-ortopediya kafedrasında təhsilini davam etdirərək travmatoloq-ortoped ixtisasına yiyələnmişdir.
2006-cı ildə Sankt-Peterburq diplomdan sonrakı təhsil üzrə Tibb Akademiyasının travmatologiya-ortopediya üzrə aspiranturasına qəbul olmuş və 2010-cu ildə “Çanaq zədələnmələrinin müasir üsullarla müalicəsi” mövzusunda tibb üzrə fəlsəfə doktoru elmi dərəcəsini müdafiə etmişdir. O, 2011-ci ildən Mərkəzi Gömrük Hospitalında travmatoloq-ortoped kimi fəaliyyət göstərir və 2017-ci ildən Travmatologiya-ortopediya şöbəsinin rəisidir.
Rusiya Federasiyası Dövlət İxtiraçılar reyestrində qeydiyyatdan keçmiş “Eksternal osteosintez zamanı sümüyün xarici fiksasiya aparatına birləşdirmə üsulu” və “Çanağın ön və arxa şöbələrinin bütövlüyünün pozulması ilə müşaiyət olunan zədələnmələrinin müalicə üsulu” patentlərinin həmmüəllifidir.