...

İnformasiya mənbəyini qanun yol verməyən halda açıqlamağa görə cərimə müəyyən edilir

Cəmiyyət Materials 19 Yanvar 2023 10:27 (UTC +04:00)
İnformasiya mənbəyini qanun yol verməyən halda açıqlamağa görə cərimə müəyyən edilir
Elçin Mehdiyev
Elçin Mehdiyev
Bütün xəbərlər

Bakı. Trend:

İnformasiya mənbəyini qanun yol verməyən halda açıqlamağa görə cərimə müəyyən edilir.

Trend-in məlumatına görə, bu barədə məsələ Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin bu gün keçirilən iclasında müzakirə edilən İnzibati Xətalar Məcəlləsinə dəyişiklikdə öz əksini tapıb.

Dəyişikliyə əsasən, media subyektinin redaksiyası (məsul redaktor) və jurnalistlər tərəfindən informasiya mənbəyinin qanunla yol verilməyən hallarda açıqlamağa görə fiziki şəxslər 200 manatdan 300 manata qədər, vəzifəli şəxslər 500 manatdan 700 manata qədər, hüquqi şəxslər 2000 manatdan 3000 manata qədər cərimə olunacaq.

Xəbər lenti

Xəbər lenti