...

Azad edilmiş ərazilərdə bələdiyyələrlə bağlı dinləmələrin keçirilməsi təklif edilir

Cəmiyyət Materials 19 Yanvar 2023 12:20 (UTC +04:00)
Azad edilmiş ərazilərdə bələdiyyələrlə bağlı dinləmələrin keçirilməsi təklif edilir

Bakı. Trend:

İşğaldan azad edilmiş ərazilərdə bələdiyyələrlə bağlı dinləmələrin keçirilməsi təklif edilir.

Trend-in məlumatına görə, bu barədə Milli Məclisin Regional məsələlər komitəsinin bu gün keçirilən iclasında deputat Cavid Osmanov deyib.

“Bələdiyyələrlə bağlı dinləmələrin keçirilməsini təklif edirəm. Bunu azad olmuş ərazilərdə də edə bilərik”, - deputat bildirib.

Milli Məclisin Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov da təklifi dəstəkləyib və bildirib ki, həm parlamentdə, həm də azad olmuş ərazilərdə belə dinləmələr keçirilsin. “Bununla bağlı geniş iş planı hazırlayaq”, - deyə o qeyd edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti