...

20 yanvar faciəsinin ildönümü ilə əlaqədar Bolqarıstanda silsilə tədbirlər təşkil olunub (FOTO)

Cəmiyyət Materials 21 Yanvar 2023 20:48 (UTC +04:00)
20 yanvar faciəsinin ildönümü ilə əlaqədar Bolqarıstanda silsilə tədbirlər təşkil olunub (FOTO)

Bakı. Trend:

Azərbaycan Respublikasının Bolqarıstan Respublikasındakı səfirliyinin təşkilatçılığı ilə 20 yanvar faciəsi ilə əlaqədar Sofiya şəhərində silsilə tədbirlər həyata keçirilmişdir.

Səfirlikdən Trend-ə verilən məlumata görə, Sofiya şəhərində keçirilən MENAR Beynəlxalq Film Festivalı çərçivəsində 1990-cı ildə Moskva şəhərində 20 Yanvar hadisələrini qətiyyətlə pisləmiş Azərbaycanın ümummilli lideri Heydər Əliyevin 21 yanvar 1990-cı il tarixində Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gələrək 20 yanvar hadisələrini beynəlxalq hüquqa, demokratik dəyərlərə və humanizmə tam ziddiyyət təşkil etdiyini çoxsaylı yerli və xarici jurnalistlərin diqqətinə çatdırması faktlarını, habelə Ulu öndərin baş vermiş bu qətliama verdiyi siyasi və hüquqi qiymətləndirməni özündə əks etdirən “Bir həsədin tarixi” sənədli filmi nümayiş etdirilmişdir.

Sofiya şəhərində yerləşən Bolqarıstanın ən böyük məscidində keçirilmiş min nəfərə yaxın insanın qatıldığı cümə namazında Bolqarıstan Baş Müftiliyinin təşkilatçılığı ilə 20 Yanvar şəhidləri, habelə Azərbaycan torpaqları uğrunda canlarını qurban vermiş bütün şəhidlərin ruhuna Quranı-Kərim oxunmuş və dualar edilmişdir.

20 yanvar faciəsinin 33-cü ildönümü ilə əlaqədar səfirliyin təşkilatçılığı ilə Bolqarıstanda yaşayan azərbaycanlılarla görüş keçirilmişdir. Görüşdə çıxış etmiş Azərbaycan Respublikasının Bolqarıstandakı səfiri Hüseyn Hüseynov 20 yanvar faciəsinin səbəbləri, mahiyyəti və nəticələri haqqında ətraflı məlumat vermiş, bu hadisəni Azərbaycanın azadlığı və müstəqilliyi uğrunda aparılan mübarizə tarixçəsində şərəf və qəhrəmanlıq səhifəsi təşkil etdiyini vurğulamışdır.

20 Yanvar – Ümumxalq Hüzn Günü ilə əlaqədar Azərbaycan Respublikasının Bolqarıstan Respublikasındakı səfirliyinin təşkilatçılığı ilə çoxsaylı yerli media qurumları tərəfindən 20 yanvar hadisələrinə dair geniş məlumatlar yayılmış və məqalələr dərc edilmişdir. Məqalələrdə 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə SSRİ rəhbərliyinin göstərişi əsasında sovet ordusu kontingentinin Azərbaycanın Bakı və digər şəhərlərinə yeridilməsi nəticəsində yüzlərlə mülki şəxsin qətlə yetirildiyi faktları işıqlandırılmış, Azərbaycan tarixinə “Qara Yanvar” kimi daxil olmuş 20 Yanvar hadisələrinin Azərbaycan xalqının azadlıq mücadiləsində dönməz və qətiyyətli olduğunu nümayiş etdirdiyi qeyd olunmuşdur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti