...

Səudiyyə Ərəbistanında turistlərə yeni növ vizalar veriləcək

Cəmiyyət Materials 25 Yanvar 2023 05:52 (UTC +04:00)
Səudiyyə Ərəbistanında turistlərə yeni növ vizalar veriləcək

Bakı. Trend:

Səudiyyə Ərəbistanının hakimiyyət orqanları əcnəbilərə yeni növ – 96 saatlıq tranzit vizalar verəcək.

Trend-in məlumatına görə, “Saudia” aviaşirkəti hakimiyyət orqanları ilə birgə “Sizin bilet vizadır” adlı layihə reallaşdırır. Layihəyə əsasən, əcnəbilər bu aviaşirkətin biletləri ilə Səudiyyə Ərəbistanda dörd gün, yəni 96 saat qala biləcəklər. Bu vaxt ərzində qonaqlar görməli yerləri ziyarət edə və ya həcc ziyarətini yerinə yetirə biləcəklər.

“Saudia”nın sərnişinləri vizanı bu ilin birinci yarısında biletlərin onlayn bron edilməsi zamanı rəsmiləşdirə biləcəklər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti