...

Azərbaycanda həkim və tibb heyətinin sayı açıqlandı

Cəmiyyət Materials 25 Yanvar 2023 11:39 (UTC +04:00)
Azərbaycanda həkim və tibb heyətinin sayı açıqlandı
Samir Əli
Samir Əli
Bütün xəbərlər

Cəlilabad. Trend:

Azərbaycanda 32 min nəfər ixtisaslı həkim var.

Trend-in məlumatına görə, bunu bu gün İcbari Tibbi Sığorta Agentliyinin Cəlilabad rayon Mərkəzi Xəstəxanasına təşkil etdiyi mediatur zamanı Agentliyin Tibbi planlama departamentinin rəhbəri Hikmət İbrahimli deyib.

O bildirib ki, Azərbaycanda adambaşına düşən həkim və tibb heyəti standartlara uyğundur: "Hazırda ölkədə tibbi heyətin sayı 100 min nəfərə çatıb. Onlardan 32 min nəfəri ixtisaslaşmış həkimlərdir. Bu da onu deməyə əsas verir ki, Azərbaycanda həkim çatışmazlığı yoxdur".

Qeyd edək ki, Azərbaycandə əhalinin hər 1000 nəfərinə düşən həkim sayı 3.2 təşkil edir. Bu göstərici 2018-2021-ci illərin məlumatlarına əsasən Avropa Birliyi ölkələrində 3.9, OECD (İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı) ölkələrində isə 3.6 təşkil edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti