...

Həkim-rezidentlərə baza əməkhaqqının verilməsi təklif edilir

Cəmiyyət Materials 25 Yanvar 2023 12:41 (UTC +04:00)
Həkim-rezidentlərə baza əməkhaqqının verilməsi təklif edilir
Elçin Mehdiyev
Elçin Mehdiyev
Bütün xəbərlər

Bakı. Trend:

Bu gün xəstəxanalarda çalışan həkim-rezidentlərə verilən 350 manatlıq vəsait əslində əməkhaqqı yox, Prezidentin onlar üçün ayırdığı təqaüddür. Bu da onların təhsil prosesinə görə verilir.

Trend-in məlumatına görə, bunu Milli Məclisin Səhiyyə komitəsinin sədr müavini Rəşad Mahmudov komitənin bu gün keçirilən iclasında deyib.

O qeyd edib ki, halbuki xəsətxanalarda işləməsi üçün onlarla əmək müvaqviləsi bağlanmalıdır.

“Əmək Məcəlləsininin tələbinə uyğun olaraq da onlara həftəlik 40 saat olmaqla ən azı baza əməkhaqqı verilməlidir. Bu gün bunlar edilmədiyindən həmin rezidentlər özlərinə üfüq açmaq üçün xaricdəki proqramlara baş vururlar", - deputat əlavə edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti