...

Köhnə Xaçmaz kəndində səyyar qəbul keçirilib (FOTO)

Cəmiyyət Materials 26 Yanvar 2023 16:33 (UTC +04:00)
Köhnə Xaçmaz kəndində səyyar qəbul keçirilib (FOTO)

Bakı. Trend:

Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev, yerli hüquq mühafizə orqanlarının əməkdaşları və xidmət təşkilatlarının məsul şəxsləri ilə birlikdə Köhnə Xaçmaz kəndində səyyar qəbul keçirib.

Qəbulda Köhnə Xaçmaz İnzibati Ərazi Dairəsinə daxil olan Müşkür, Müşfiq, Müzəffəroba, Köhnə Xaçmaz, Xaspoladoba, Əzizli, Gəncəli və Bəbəli kəndlərinin sakinləri iştirak edib.

Daha sonra vətəndaşların müraciət və təklifləri dinlənilib. Sakinlər elektrik təsərrüfatının yenilənməsi, qaz təchizatının bəpası, əlavə subartezian quyusunun qazılması və kəndlərarası yolun təmiri ilə bağlı müraciətlər səsləndiriblər.

Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev sakinlərin arzu və təkliflərini həssaslıqla dinləyərək, onları narahat edən problemlərin aradan qaldırılması istiqamətində müvafiq tapşırıqlarını verib. Bir çox müraciətlər yerindəcə həll edilib.

Sakinlər əhalinin problemlərinin həll edilməsi məqsədilə yerlərdə həyata keçirilən tədbirlərə, göstərilən yüksək diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevaya minnətdarlıqlarını ifadə ediblər.

Xəbər lenti

Xəbər lenti