...

Prokurorluq orqanlarının verdiyi 720 protest məhkəmələrdə təmin olunub

Cəmiyyət Materials 27 Yanvar 2023 10:53 (UTC +04:00)
Prokurorluq orqanlarının verdiyi 720 protest məhkəmələrdə təmin olunub
Samir Əli
Samir Əli
Bütün xəbərlər

akı. Trend:

Prokurorluq orqanları tərəfindən verilmiş 720 protest məhkəmələr tərəfindən təmin olunub.

Trend-in məlumatına görə, bu barədə bugün Baş Prokurorluğun kollegiya iclasında Baş prokuror Kamran Əliyev deyib.

O bildirib ki, dövlət ittihamçılarının iştirakı ilə məhkəmələrdə baxılmış 989 cinayət işi üzrə apellyasiya, 787 cinayət işi üzrə isə kassasiya protestləri verilmiş, 563 apellyasiya protesti və 157 kassasiya protesti təmin edilib.

Həmçinin qeyd olunub ki, ötən il məhkəmələrdə 24396 şəxs barəsində cinayət işi və məhkəməyədək sadələşdirilmiş icraat üzrə materiallara baxılaraq yekun qərarlar qəbul edilib.

Dövlət ittihamının müdafiəsi sahəsində prokurorluq orqanlarının iştirakı ilə bütün instansiya məhkəmələri üzrə cəmi 24396 şəxs barəsində 21512 cinayət işi və məhkəməyədək sadələşdirilmiş icraat üzrə materiallara baxılaraq yekun qərarlar qəbul edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti