...

2022-ci ildə prokurorluq orqanları tərəfindən 71,5 milyon manatdan çox ziyan ödətdirilib

Cəmiyyət Materials 27 Yanvar 2023 11:09 (UTC +04:00)
2022-ci ildə prokurorluq orqanları tərəfindən 71,5 milyon manatdan çox ziyan ödətdirilib
Samir Əli
Samir Əli
Bütün xəbərlər

Bakı. Trend:

2022-ci ildə prokurorluq orqanları tərəfindən 71,5 milyon manatdan çox ziyan ödətdirilib.

Trend-in məlumatına görə, bu barədə bu gün Baş Prokurorluğun kollegiya iclasında Baş prokuror Kamran Əliyev deyib.

O bildirib ki, prokurorluq orqanlarında ibtidai istintaqı aparılaraq yekunlaşmış cinayət işləri üzrə ümumilikdə 100 milyon 609 min manat məbləğində maddi ziyan vurulduğu müəyyən edilərək istintaq tədbirləri ilə onun 71%-nin, yəni 71 milyon 566 min manat hissəsinin ödənilməsinə nail olunub.

Cinayət-prosessual qanunvericiliyinin tələblərinə əsasən cinayət məsuliyyətindən azad olunmuş şəxslər tərəfindən dövlət büdcəsinə əlavə olaraq 20 milyon 213 min manat məbləğində pul vəsaitinin ödənilməsinə nail olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti