Bakı. Trend:
Yanvarın 31-də Bakıda və Abşeron yarımadasında dəyişkən buludlu olacağı, arabir tutulacağı, gün ərzində arabir yağış yağacağı, axşama doğru tədricən kəsiləcəyi gözlənilir. Gecə və səhər duman olacaq. Cənub-şərq küləyi əsəcək.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli
Hidrometeorologiya Xidmətindən Trend-ə verilən məlumata görə, havanın
temperaturu gecə 3-5° isti, gündüz 6-8° isti olacaq. Atmosfer
təzyiqi 763 mm civə sütunundan 759 mm civə sütununa enəcək. Nisbi
rütubət 70-80 % olacaq.
Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağıntılı olacağı,
dağlıq ərazilərdə qar yağacağı gözlənilir. Axşama doğru yağıntılar
tədricən kəsiləcək. Bəzi yerlərdə arabir duman olacaq. Mülayim şərq
küləyi əsəcək.
Havanın temperaturu gecə 2° şaxtadan 3°-dək isti, gündüz 5-8° isti,
dağlarda gecə 7-12° şaxta, gündüz 0-5° şaxta olacaq. Gecə və səhər
dağlıq rayonlarda yollar buz bağlayacaq.