...

Ürək-damar xəstəlikləri ilə bağlı icbari tibbi sığorta hesabına göstərilən xidmətlərin sayı açıqlanıb

Cəmiyyət Materials 4 Fevral 2023 10:54 (UTC +04:00)
Ürək-damar xəstəlikləri ilə bağlı icbari tibbi sığorta hesabına göstərilən xidmətlərin sayı açıqlanıb
Samir Əli
Samir Əli
Bütün xəbərlər

Bakı. Trend:

Ürək-damar xəstəliklərinin müayinə və müalicəsi ilə bağlı 210-dan çox tibbi xidmət icbari tibbi sığorta hesabına göstərilir.

Trend-in məlumatına görə, bunu bu gün İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Tibbi Planlama departamentinin rəhbəri Hikmət İbrahimli “Kardioonkologiya: problemə müasir baxışlar” mövzusunda beynəlxalq elmi-praktik konfransda deyib.

O bildirib ki, bura aorta koronar şuntlama əməliyyatı, ürək aparatlarının dəyişdirilməsi və təmini, digər kardiocərrahi əməliyyatlar daxildir.

"Vətəndaşlarımızın belə dəyəri yüksək əməliyyatlardan ödənişsiz faydalanması bizi sevindirir. 2020-ci ildə müvafiq mariologoya xidmətləri almış insanların sayı 1 424 idisə, 2021-ci ildə 10 793 nəfər olmuşdur. 2022-ci ildə isə bu rəqəm 29 615-ə çatıb. Ürək cərrahiyəsi üzrə bu xidmətlərdən yararlanan 2020-ci ildə 1 230 nəfər olmuşdusa, 2021-ci ildə 8 147, 2022-ci ildə isə 18 181 nəfər olub. Uşaq cərrahiyyəsinə gəlincə, 2020-ci ildə 76, 2021-ci ildə 283, 2022-ci ildə isə 331 uşaq icbari tibbi sığorta çərçivəsində əməliyyat olunub.

İlk dəfə keçən il Lənkəran Rayon Mərkəzi Xəstəxanasında ürək-damar cərrahiyyəsi şöbəsi açılıb. Gələcəkdə digər regionlarımızdakı xəstəxanalarda da bu şöbənin yaradılması nəzərdə tutulub", - H.İbrahimli qeyd edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti