...

Zəlzələnin proqnozunu vermək nə qədər çətindirsə, onu əhaliyə çatdırmaq da bir o qədər çətindir - Baş direktor

Cəmiyyət Materials 6 Fevral 2023 13:38 (UTC +04:00)
Zəlzələnin proqnozunu vermək nə qədər çətindirsə, onu əhaliyə çatdırmaq da bir o qədər çətindir - Baş direktor
Samir Əli
Samir Əli
Bütün xəbərlər

Bakı. Trend:

Seysmoloji Xidmət Mərkəzinin praktikasında iki ortamüddətli zəlzələ proqnozu var.

Trend-in məlumatına görə, bunu Azərbaycan Milli Elmlər Akademiyasının nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru Qurban Yetirmişli bu gün keçirilən mətbuat konfransında deyib.

O bildirib ki, birinci zəlzələ ilə bağlı proqnoz 2000-ci ilin noyabrın 25-də olub: "Həmin xəbərdarlıqda Xəzərdə seysmoloji aktivlik müşahidə olunduğu qeyd edilmişdi. Zəlzələnin proqnozunu vermək nə qədər çətindirsə, onu əhaliyə çatdırmaq da bir o qədər çətindir. İkinci zəlzələnin proqnozunu isə 2012-ci ildə şəxsən mən vermişəm. Balakən zonasında aktivləşmə olmuşdu və mayda zəlzələ oldu".

Xəbər lenti

Xəbər lenti