...

FHN-in növbəti humanitar yardımı Türkiyəyə yola düşüb (FOTO/VİDEO)

Cəmiyyət Materials 8 Fevral 2023 03:21 (UTC +04:00)
FHN-in növbəti humanitar yardımı Türkiyəyə yola düşüb (FOTO/VİDEO)

Bakı. Trend:

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına uyğun olaraq, Türkiyə Respublikasında baş vermiş güclü zəlzələnin fəsadlarının aradan qaldırılması məqsədilə Fövqəladə Hallar Nazirliyinin növbəti humanitar yardımını qardaş ölkəyə aparan təyyarə yola düşüb.

FHN-dən Trend-ə bildirilib ki, humanitar yardımı aparan təyyarə Heydər Əliyev Beynəlxalq Aeroportundan Türkiyənin Adana şəhərinə istiqamət alıb.

Hava nəqliyyatı ilə ümumilikdə 115 ədəd müxtəlif ölçülü çadır, 1448 ədəd ədyal, 140 ədəd çarpayı, 90 ədəd qızdırıcı, 300 ədəd masa, 1000 ədəd oturacaq, 2000 ədəd iplik dəsmal və digər ləvazimatlar göndərilib.

Xatırladaq ki, ötən gün Türkiyədə səhər saatlarında 7.7 bal gücündə zəlzələ baş verib. Dərinliyi 7 kilometr olduğu müəyyən edilən zəlzələ Hatay, Qaziantep, Kilis, Osmaniye, Malatya, Adıyaman, Şanlıurfa, Diyarbəkir, Adana və Kahramanmaraş vilayətlərində ciddi dağıntılara səbəb olub.

Son məlumatlara əsasən, zəlzələ nəticəsində 5 894 nəfər həlak olub, 34 810 nəfər isə yaralanıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti