...

Tozlu hava şəraiti müşahidə olunur

Cəmiyyət Materials 15 Fevral 2023 12:21 (UTC +04:00)
Tozlu hava şəraiti müşahidə olunur

Bakı. Trend:

Avtomatik stansiyalardan əldə edilən məlumatlara əsasən, Bakı və Abşeron yarımadasında tozlu hava şəraiti müşahidə olunur.

Ətraf Mühitin Çirklənməsinin Monitorinq Qrupunun baş mühəndisi Rəna Allahverdiyeva Trend-ə bildirib ki, buna səbəb arabir güclənən şimal-qərb küləyinin təsiri nəticəsində torpağın üst quru səthində formalaşan toz kütlələrinin ətraf ərazilərə yayılmasıdır.

“Tozlu hava şəraiti lokal xarakter daşıyır və meteoroloji şəraitdən asılı olaraq gün ərzində davam edəcəyi gözlənilir”, - deyə o, əlavə edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti