Bakı. Trend:
Bu gün elə bələdiyyə sədrləri var ki, özbaşına fəaliyyət göstərirlər. 40-a yaxın belə bələdiyyə sədri haqqında məhkəməyə iddia ərizəsi vermişik.
Trend-in məlumatına görə, bunu bu gün Milli Məclisdə bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqanın illik məruzəsinin müzakirəsi zamanı ədliyyə nazirinin müavini Vilayət Zahirov deyib.
O qeyd edib ki, həmin bələdiyyə sədrləri nazirlik tərəfindən verilən müəyyən təklifləri qəbul etmirlər.
“Onlar bizim təkliflərimizi tətbiq etmədikləri üçün verdikləri aktları qanunsuz hesab etdik", - deyə nazir müavini əlavə edib.