Bakı. Trend:
19 fevralda universitetlərin və Azərbaycan Milli Elmlər Akademiyasının magistraturalarına qəbul imtahanı keçiriləcək.
Bu barədə Trend-ə Dövlət İmtahan Mərkəzindən məlumat verilib.
Qeyd edilib ki, 7 şəhər və rayonda təşkil olunacaq. İmtahan saat 11:00-da başlayır, 3 saat davam edir. 18724 bakalavrın imtahanda iştirakı üçün ərizəsi təsdiqlənib.
Hazırda bütün imtahan binaları yoxlanılır, bakalavrlar üçün zəruri şərait yaradılır.