...

Zəlzələ bölgəsində hər dörd dəqiqədən bir afterşoklar olur - AFAD

Cəmiyyət Materials 17 Fevral 2023 13:19 (UTC +04:00)
Zəlzələ bölgəsində hər dörd dəqiqədən bir afterşoklar olur - AFAD
Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Bakı. Trend:

İndiyədək 4700-ə yaxın afterşok olub. Çox qeyri-adi bir vəziyyətdir.

Trend-in məlumatına görə, bunu Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyinin (AFAD) zəlzələ riski azaldılması üzrə baş direktoru Orhan Tatar deyib.

"Hər 4 dəqiqədən bir zəlzələ baş verir. Bu afterşokların əksəriyyəti hiss olunur. 3,5 və daha yuxarı bal gücündə çoxlu afterşoklar var, lakin 4 və daha yuxarı bal gücündə afterşoklar 40-a yaxındır. Bunlar yaxın günlərdə də davam edəcək. Xüsusilə 5-dən yuxarı baş verə biləcək afterşoklarla qarşılaşa bilərik", - deyə o əlavə edib.

Xatırladaq ki, ötən gün Türkiyədə səhər saatlarında 7.7 bal gücündə zəlzələ baş verib. Dərinliyi 7 kilometr olduğu müəyyən edilən zəlzələ Hatay, Qaziantep, Kilis, Osmaniye, Malatya, Adıyaman, Şanlıurfa, Diyarbəkir, Adana və Kahramanmaraş vilayətlərində ciddi dağıntılara səbəb olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti