...

Çərşənbələr hansı ardıcıllıqla keçirilməlidir?

Cəmiyyət Materials 20 Fevral 2023 21:18 (UTC +04:00)

Bakı. Trend:

Dünyadakı 13 iqlim tipinin 9-nun Azərbaycanda olması ölkəmizdə Novruz qabağı çərşənbələrin fərqli şəkildə keçirilməsinə öz təsirini göstərib.

Trend-in məlumatına görə, çərşənbələrin keçirilməsində fərqliliyi yaradan əsas amil ölkəmizin sırf coğrafi şəraiti ilə bağlıdır. Təbii-coğrafi amillər bütün bölgələrdə eyni deyil. Azərbaycanın iqlim tiplərinin müxtəlifliyi bu fərqi yaradır.

Çərşənbələrin "Su", "Od", "Yel" və "Torpaq" kimi sıralanması qəbul edilib, ancaq bəzi hallarda mütəxəssislər bu sıralanmaya etiraz edirlər. Ayrı-ayrı dövrlərdə bu sıralanma fərqli şəkildə olub. Bölgələrin bəzilərində ilk çərşənbə "Su", bəzilərində "Od"dur. Bəziləri isə bunun "Külək" adlanmasını istəyir. Elə dağlıq yer var ki, orada Günəşin istiliyi ilk çərşənbədə hiss edilmir, Aran rayonlarında isə suların oyanması daha tez müşahidə edilir.

Azərbaycanın əksər bölgələri ilk çərşənbənin "Su" çərşənbəsi kimi qeyd edilməsini dəstəkləyir

Qeyd edək ki, sabah Azərbaycanda ilk çərşənbədir.

Bu il Azərbaycan ərazisində baharın gəlişi martın 20-i Bakı vaxtı ilə təxminən saat 08:30 radələrində baş verəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti