...

Zəlzələ Azərbaycandan Türkiyəyə gedən tələbələrin sayına necə təsir göstərəcək?

Cəmiyyət Materials 25 Fevral 2023 14:09 (UTC +04:00)
Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Bakı. Trend:

Fevralın 6-da Türkiyənin Kahramanmaraş vilayətinin Pazarcık rayonunda 7,7 bal, Elbistan rayonunda 7,6 bal gücündə iki zəlzələ baş verib. Dərinliyi 7 kilometr olan zəlzələ 10 vilayətdə ciddi dağıntılara səbəb olub. Zəlzələdən zərər çəkmiş 10 vilayətdə üç ay müddətinə fövqəladə vəziyyət rejimi elan olunub.

Qardaş ölkədə baş verən bu təbii fəlakətin təhsil sahəsində də yan keçməyib. Qeyd edək ki, hazırda Türkiyənin müxtəlif ali təhsil müəssisələrində 136 Azərbaycan Respublikası vətəndaşı dövlət xətti (dövlət proqramları, HTP/YTB PhD) ilə təhsil alır.

Bəs baş verən zəlzələ Türkiyənin xarici təhsil sahəsinə nə dərəcədə təsir edə bilər? Azərbaycandan və digər ölkələrdən təhsil üçün Türkiyəyə üz tutanların sayında azalma baş verə bilər?

Məsələ ilə bağlı Trend-in suallarını cavablayan Elm və Təhsil Nazirliyi yanında İctimai Şuranın üzvü, Azərbaycan Gənc Alim, Doktorant və Magistrlər Cəmiyyətinin sədri, fəlsəfə doktoru İlqar Orucov qeyd edib ki, zəlzələ Azərbaycandan Türkiyəyə gedən tələbələrin sayına ciddi təsir etməyəcək.

“Türkiyənin zəlzələ bölgəsində bir çox universitetlər var. Təbii ki həmin zonalardakı univeristetlərə gedənlər olmayacaq. Bütövlükdə bunun Türkiyəyə gedəb tələbələrin sayına təsiri olmayacaq. Artıq Türkiyədə təhsil onlayn davam edir. Təxminən yaya qədər dərslər distant formada keçirləcək. Əlbəttə bu da öz təsirini göstərəcək. Vətəndaşlarımızın Türkiyədə təhsili seçməsinin əsas səbəblərindən biri həm yaxın olması həm də dil cəhətdən çətinlik olmamasıdır. Bütün bunlar tələbələr üçün Türkiyədə təhsili digər ölkələrə nisbətən daha əlçatan edir”,- deyə o əlavə edib.

Təhsil eksperti Kamran Əsədov isə bildirib ki, təbii fəlakətlər ölkəyə tələbə axınına mənfi təsir göstərmir.

“Türkiyədə baş verən zəlzələ birmənalı şəkildə tələbələrin sayına təsir göstəsməyəcək. Heç bir ölkə təbii fəlakətdən sığortalanmayıb. Lakin bu Türkiyə univerisitetlərinin seçilməsinə mənfi təsri göstərməyəcək. Azərbaycanlıların Türkiyədə təhsili seçmələrinin əsas səbəblərindən biri Türkiyə universitetlərinə qəbul qaydalarının digər ölkələrə nisbətən daha asan olmasıdır. Digər tərəfdən isə Türkiyədə zəlzələ bölgəsində olan universtetlərə gedən azərbaycanlıların sayı elə də çox deyil. Yəni təhsil üçün seçilən yerlər sırasında zəlzələ bölgəsi olan ərazilər üstünlük təşkil etmir”, – deyə ekspert qeyd edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti