...

Jurnalistlər üçün təşkil olunan "Bootcamp" başa çatıb (FOTO)

Cəmiyyət Materials 27 Fevral 2023 19:32 (UTC +04:00)
Jurnalistlər üçün təşkil olunan "Bootcamp" başa çatıb (FOTO)

Bakı. Trend:

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi və Azərbaycan İnformasiya və Kommunikasiya Texnologiyaları Sənayesi Assosiasiyasının birgə təşkilatçılığı jurnalistlərin üçün təşkil edilən 2 aylıq botcamp-in bağlanış mərasmi keçirilib.

Trend-in məlumatına görə, tədbirdə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirinin müşaviri Rəşad Bayramov, İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin rəhbəri İnarə Vəliyeva, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidmətinin sədr müavini Samir Rəsulov, Mətbuat Şurası İdarə Heyətinin üzvü, Jurnalist Həmkarlar İttifaqının sədri Müşfiq Ələsgərli və bir sıra digər qurum rəsmiləri iştirak ediblər.

Təlim çərçivəsində son illər ölkəmizdə informasiya və kommunikasiya texnologiyalarının (İKT) inkişafı, eləcə də elm və təhsil müəssisələrində müasir texnologiyaların öyrənilməsi və tətbiqi üçün görülən kifayət qədər işlər barədə məlumat verilib.

Hazırda Azərbaycanın sosial-iqtisadi həyatında mühüm rol oynayan informasiya kommunikasiya texnologiyaları sahəsi inkişaf səviyyəsinə görə fərqlənir.

Ölkəmizdə bu sahə üzrə innovasiya yönümlü fəaliyyətin inkişaf etdirilməsi və gücləndirilməsi istiqamətində davamlı tədbirlər həyata keçirilir.

Bu tədbirlər çərçivəsində İKT sahəsinin inkişafında dövlət dəstəyinin artırılması, informasiya cəmiyyəti və iqtisadiyyatının təşkilində digər ölkə təcrübələrinin öyrənilməsi və tətbiqi, bu sahədə sahibkarlıq fəaliyyətinin genişləndirilməsi, İKT üzrə innovasiya fəaliyyəti ilə məşğul olan subyektlərə stimullaşdırıcı xarakterli maliyyə ayrılması misal olaraq göstərmək olar.

Görülən tədbirlərin davamı olaraq media nümayəndələri üçün təşkil edilən 2 aylıq botcamp layihəsinin də əsas məqsədi bu sahə ilə məşğul olan jurnalistlərin bilik və bacarıqlarının daha da artırılmasına nail olmaqdır. Belə ki, 2 ay ərzində jurunalistlərə dövlət və özəl qurumların o cümlədən xarici mütəxəssislər tərəfinfən əyani dərslər keçirilib, maarifləndirici məqalələr hazırlanıb. İlk dəfə olaraq İKT sahəsində təşkil olunan bu layihənin regionlarda da keçirilməsi nəzərdə tutulmuşdur.

Təlimin sonunda layihəni uğurla başa vurmuş media nümayəndələrinə sertifikatlar təqdim edilib.

Xəbər lenti

Xəbər lenti