Ağdam. Trend
Ağdam-Hindarx-Ağcabədi avtomobil yolunda minatəmizləmə əməliyyatları davam edir.
Trend-in məlumatına görə, bunu bu gün Ağdamda jurnalistlərə açıqlamasında Ağdam-Hindarx-Ağcabədi avtomobil yolunun minalardan təmizlənməsi ilə bağlı layihəni icra edən "Safe Point" şirkətinin əməliyyat bölməsinin meneceri Ruslan Muradov deyib.
Onun sözlərinə görə, Prezident İlham Əliyevin göstərişinə əsasən, yol təmizlənərək istifadəyə verilməlidir.
“Ərazidən 250-dən çox müxtəlif tipli minalar tapılıb. Bununla yanaşı çoxlu sayda partlamamış sursatlar da aşkarlanıb”, - deyə o qeyd edib.