...

FHN-in dəvəti ilə gəlmiş türkiyəli psixoloqlar 1743 nəfərə yardım göstərib (FOTO/VİDEO)

Cəmiyyət Materials 29 Mart 2023 10:47 (UTC +04:00)
FHN-in dəvəti ilə gəlmiş türkiyəli psixoloqlar 1743 nəfərə yardım göstərib (FOTO/VİDEO)
Fərid Zöhrabov
Fərid Zöhrabov
Bütün xəbərlər

Bakı. Trend:

Vətən müharibəsi ilə bağlı psixoloji problemlər yaşayan müharibə iştirakçılarının, o cümlədən qazilərin, doğmalarını itirmiş şəhid ailəsi üzvlərinin, erməni terrorundan fiziki və mənəvi zərər görmüş insanların psixoloji reabilitasiyasının daha səmərəli təşkili məqsədilə Fövqəladə Hallar Nazirliyinin dəvəti ilə yenidən Türkiyədən ölkəmizə gəlmiş 20 nəfərdən artıq peşəkar psixoloq FHN-in mütəxəssisləri ilə birgə fəaliyyətlərini davam etdirirlər.

Fövqəladə Hallar Nazirliyindən Trend-ə verilən xəbərə görə, belə ki, ötən müddət ərzində 1743 vətəndaşa, o cümlədən 271 uşağa 4773 seans psixoloji yardım göstərilib.

Xatırladaq ki, hazırda Bakı və Naxçıvan şəhərlərində ödənişsiz həyata keçirilən psixoloji yardım üçün vətəndaşlar Nazirliyin “112” qaynar telefon xətti vasitəsilə qeydiyyata yazıla bilərlər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti