...

Mərkəzi Univermağın sahibi dünyasını dəyişib

Cəmiyyət Materials 29 Mart 2023 15:02 (UTC +04:00)
Mərkəzi Univermağın sahibi dünyasını dəyişib
Samir Əli
Samir Əli
Bütün xəbərlər

Bakı. Trend:

"Mərkəzi Univermaq" Açıq Cəhmdar Cəmiyyətinin rəhbəri, sahibkar, sabiq millət vəkili Ərəstun Cavadov dünyasını dəyişib.

Trend-in məlumatına görə, sahibkar bu gün səhər saatlarında yaşadığı evdə xəstəlikdən vəfat edib. Ə.Cavadov bu gün Xırdalan qəbiristanlığında, oğlunun yanında dəfn edilib.

Xatırladaq ki, Ərəstun Cavadov 1948-ci ildə Ağsu rayonunun Ərəbmehdibəy kəndində anadan olub. Müxtəlif vəzifələrdə çalışan Ə.Cavadov 2005-2010-cu illərdə Milli Məclisə keçirilən seçkilərdə Ağsu-İsmayıllı seçki dairəsi üzrə millət vəkili seçilib. Sahibkar Moskva Kooperativ İnstitutunun əmtəəşünaslıq fakültəsini bitirib.1967-ci ildən Azərbaycan İctimai Asayişin Mühafizəsi Nazirliyində elektrik, "Azərgeyimticarət" Bazasında əmtəəşünas işləmişdir. 1972-ci ildən Mərkəzi univermaqda böyük anbardar, bölmə müdirinin müavini, bölmə müdiri, şöbə rəisi, 1992-ci ildən baş direktor vəzifələrində çalışıb.1998–2005-ci illərdə "Mərkəzi Univermaq" Açıq Səhmdar Cəmiyyəti İdarə Heyətinin sədri olub. 2005-ci ildən bu günə qədər Ə.Cavadov "Mərkəzi Univermaq"Açıq Səhmdar Cəmiyyətinin Müşahidə Şurasının sədri işləyib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti