...

Holcim şirkəti AzMİU alimlərinin tədqiqatları ilə maraqlanır (FOTO)

Cəmiyyət Materials 6 Aprel 2023 09:55 (UTC +04:00)
Holcim şirkəti AzMİU alimlərinin tədqiqatları ilə maraqlanır (FOTO)

Bakı. Trend:

Azərbaycan Memarlıq və İnşaat Universiteti (AzMİU) ilə Holcim Azərbaycan Açıq Səhmdar Cəmiyyəti (ASC) arasındakı əməkdaşlıq memorandumu yenilənib. Yeni əməkdaşlıq memorandumunu AzMİU-nun rektoru professor Gülçöhrə Məmmədova və Holcim Azərbaycan ASC-nin baş direktoru Xalid Samaka imzalayıblar.

Bununla əlaqədar olaraq Holcim Azərbaycan ASC-nin baş direktoru Xalid Samakanın rəhbərlik etdiyi nümayəndə heyəti AzMİU-da olub və əməkdaşlığın yenilənməsi ilə bağlı müzakirələr aparılıb.

Memorandumda universitetlə şirkət arasında əməkdaşlığın dərinləşdirilməsi, tələbələrin və gənc alimlərin şirkətin innovativ layihələrinə cəlb edilməsi, birgə elmi-tədqiqat işlərinin aparılması üçün laboratoriyaların maddi-texniki bazasının gücləndirilməsi, elmi-texniki və texnoloji problemləri əhatə edən yeni tədqiqatların aparılması və digər istiqamətlərdə əməkdaşlıq nəzərdə tutulub.

Bundan əlavə, AzMİU-nun Holcim şirkətinin profilinə uyğun ixtisaslarında təhsil alan tələbələrinin şirkətdə təcrübə və iş imkanları, şirkət əməkdaşları tərəfindən tələbələrə ustad dərslərinin keçirilməsi məsələləri ətrafında da müzakirələr aparılıb.

Görüş zamanı, həmçinin AzMİU alimlərinin Holcim şirkətinin profilinə uyğun elmi tədqiqatları ilə bağlı fikir mübadiləsi aparılıb. Şirkət rəhbərliyi qeyd edib ki, Holcim AzMİU alimlərinin tədqiqatları, xüsusilə tikinti materialları və bu materialların istehsal texnologiyaları üzrə elmi araşdırmaları ilə yaxından maraqlanır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti