...

Daha bir yolda sürət həddi endirildi

Cəmiyyət Materials 6 Aprel 2023 15:28 (UTC +04:00)
Daha bir yolda sürət həddi endirildi
Fərid Zöhrabov
Fərid Zöhrabov
Bütün xəbərlər

Bakı. Trend:

Daha bir yolda sürət həddinin endirilməsi ilə əlaqədar olaraq müvafiq yol nişanları quraşdırılıb.

Bakı Nəqliyyat Agentliyindən (BNA) Trend-ə verilən məlumata görə, Bakı-Şamaxı yolunda (Bakı şəhərinin inzibati ərazisinə düşən hissəsi) müvafiq yol nişanları quraşdırılaraq maksimum sürət həddi 70 km/saatdan 60 km/saat-a endirilib.

"Bu dəyişiklik yol hərəkəti təhlükəsizliyi səviyyəsini qaldırmaqla bərabər, sürücülərdə çaşqınlıq yaranmamasına və lüzumsuz cərimələrdən yayınmalarına səbəb olacaq.

Sürücülərdən yol nişanlarının tələbinə uyğun olaraq tətbiq edilən yeni sürət həddinə riayət etmələrini xahiş edirik", - məlumatda deyilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti