Bakı. Trend:
“Instagram” hesabının təhlükəsizliyini təmin etmək üçün bir sıra məqamlara diqqət yetirmək lazımdır.
Trend onların bəzisini təqdim edir:
Qeyd olunan qaydaları izləyərək təhlükəsizliyi artırmaq mümkündür.
1) Hesaba mürəkkəb şifrə təyin etmək;
2) İkifaktorlu təsdiqləmə funksiyasını aktivləşdirmək;
3) Etibarlılığına əmin olmadığınız üçüncü tərəf proqramlar vasitəsilə giriş məlumatlarını daxil etməmək;
4) Tətbiqi daim yeniləmək;
5) Təhlükəsizlik>Giriş hərəkətləri bölməsindən hesaba daxil olan cihazları nəzərdən keçirmək;
6) E-poçt hesab ilə əlaqədar göndərilən mesajların “@mail.instagram.com” domen adından gəldiyinə əmin olmaq.