...

Təranə Səmədova və həyat yoldaşının məhkəməsi başlayıb

Cəmiyyət Materials 20 Aprel 2023 17:31 (UTC +04:00)
Samir Əli
Samir Əli
Bütün xəbərlər

Bakı. Trend:

Bakı Ağır Cinayətlər Məhkəməsində hədə-qorxu ilə tələb etmədə təqsirləndirilən prodüser Təranə Səmədova və onun tanışı Rasim Həsənovun cinayət işi üzrə məhkəmənin hazırlıq iclası keçirilib.

Trend-in məlumatına görə, hakim Səbinə Məmmədzadənin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərin anket məlumatları dəqiqləşdirilib.

Daha sonra prokuror işin məhkəmə baxışına verilməsini təklif edib.

Prosesdə T.Səmədova bildirib ki, müğənni Rəqsanə İsmayılova 2 övladını ondan xəbərsiz götürərək tanımadığı dayəyə tapşırıb.

O, barəsindəki həbs qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz edilməsi ilə bağlı vəsatət qaldırıb.

Məhkəmə qısa müşavirədən sonra əldə kifayət qədər sübutların olmaması səbəbindən vəsatətləri təmin etməyib.

Daha sonra cinayət işinin məhkəmə baxışına verilməsi barədə qərar qəbul edilib.

İş üzrə məhkəmə prosesi aprelin 25-nə təyin olunub.

Qeyd edək ki, T.Səmədova və R.Həsənov barəsində Cinayət Məcəlləsinin 182.2.1-ci (hədə-qorxu ilə tələb etmə, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddələri ilə ittiham irəli sürülüb, məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Xəbər lenti

Xəbər lenti