...

Litva minalardan təmizləmə işində Azərbaycana dəstək verəcək - XİN

Cəmiyyət Materials 21 Aprel 2023 07:48 (UTC +04:00)
Litva minalardan təmizləmə işində Azərbaycana dəstək verəcək - XİN
Maryana Əhmədova
Maryana Əhmədova
Bütün xəbərlər

Bakı. Trend:

Litva 2023-cü ildə Aİ-nin Team Europe təşəbbüsü çərçivəsində minalardan təmizləmə işində Azərbaycana dəstək verəcək.

Bu barədə Trend-ə Litva Xarici İşlər Nazirliyindən məlumat verilib.

"Litva Azərbaycanda Aİ-nin 26 layihəsi üzrə seçimdə iştirak edib və onlardan 17-si üzrə seçilib", - mənbə bildirib.

Nazirliyin məlumatına görə, təkcə 2022-ci ildə Litva Azərbaycanda nəqliyyat təhlükəsizliyi, ətraf mühitin mühafizəsi, pensiya islahatları və səhiyyə sahələrində Aİ-nin 4 tərəfdaşlıq layihəsi alıb. Hazırda Litva institutları Azərbaycanda 5 Aİ tərəfdaşlıq layihəsi həyata keçirir.

Litva polşalı həmkarları ilə birlikdə “Azərbaycanda yol təhlükəsizliyinin təkmilləşdirilməsi” adlı növbəti tərəfdaşlıq layihəsini həyata keçirir.

"İki il davam edəcək bu layihənin məqsədi azərbaycanlı həmkarları ilə yol hərəkəti təhlükəsizliyi qanunvericiliyi və yol hərəkəti təhlükəsizliyinin idarə edilməsi sisteminin inkişafı sahəsində təcrübə mübadiləsi aparmaqdır”, - nazirlikdən əlavə ediblər.

Nazirlik həmçinin qeyd edib ki, Azərbaycan Litva üçün əhəmiyyətli potensiala malik mühüm tərəfdaşdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti