Bakı. Trend:
Aprelin 25-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, gün ərzində əsasən yağmursuz keçəcəyi gözlənilir.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən Trend-ə verilən məlumata görə, lakin gecə və səhər bəzi yerlərdə qısamüddətli yağış yağacağı ehtimalı var. Mülayim şimal-qərb küləyi gündüz arabir güclənəcək.
Bakıda və Abşeron yarımadasında gecə 11-15° isti, gündüz 16-21°
isti olacaq. Atmosfer təzyiqi 757 mm civə sütunundan 760 mm civə
sütuna yüksələcək. Nisbi rütubət 65-75 % olacaq.
Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağıntılı olacağı
gözlənilir. Ayrı-ayrı yerlərdə şimşək çaxacağı, dolu düşəcəyi,
dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Axşama doğru tədricən
kəsiləcək. Bəzi yerlərdə duman olacaq. Qərb küləyi arabir
güclənəcək.
Havanın temperaturu gecə 10-15° isti, gündüz 21-26° isti, dağlarda gecə 1-6° isti, gündüz 8-13° isti olacaq.