Bakı. Trend:
“Formula 1” üzrə Azərbaycan Qran Prisinin bütün biletləri satılıb.
Bu barədə Trend-ə Bakı Şəhər Halqası Əməliyyat Şirkətindən (BŞH) məlumat verilib.
Bildirilib ki, “Gözlənilməzə hazır ol” şüarı ilə keçirilən və ölkəmizin yeddinci dəfə ev sahibliyi edəcəyi 2023 Formula 1 Azərbaycan Qran-Prisinə bütün tribuna biletləri satılıb.
Bu yarışda rekord sayda - dünyanın 100-dən çox fərqli ölkəsindən gələn ən böyük azarkeş qrupu Bakıda qarşılanacaq.
Qeyd edək ki, Formula 1 Azərbaycan Qran Prisi 28-30 aprel tarixlərində baş tutacaq.