...

Bayram günlərində 72 nəfər zəhərlənib, 1 nəfər ölüb

Cəmiyyət Materials 25 Aprel 2023 14:34 (UTC +04:00)
Bayram günlərində 72 nəfər zəhərlənib, 1 nəfər ölüb
Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Bakı. Trend:

Bayram günlərində Kliniki Tibbi Mərkəzə (KTM) zəhərlənmə ilə bağlı 72 nəfər müraciət edib.

Mərkəzin Mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, onlardan 15-i Toksikologiya şöbəsinə qəbul edilib, digərlərinə isə ilkin tibbi yardım göstərilərək evə buraxılıb.

Şöbəyə qəbul olunan xəstələrdən 8-i qadın, 6-sı kişi, 1-i uşaq olmaqla 6-sı dərmandan, 5-i sirkə turşusundan, 2-si etanoldan, 1-i ilan sancmasından, zəhərlənib.1 nəfər isə allergik reaksiya səbəbindən şöbəyə yerləşdirilib.

Həkimlərin səyinə baxmayaraq, sirkə turşusundan zəhərlənən 1 nəfər (qadın) dünyasını dəyişib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti