...

ADA universitetində yeni kənd təsərrüfatı və qida elmləri fakültəsi yaradılacaq - Vəfa Kazdal

Cəmiyyət Materials 25 Aprel 2023 18:19 (UTC +04:00)
ADA universitetində yeni kənd təsərrüfatı və qida elmləri fakültəsi yaradılacaq - Vəfa Kazdal
Nəzrin Babayeva
Nəzrin Babayeva
Bütün xəbərlər

Bakı. Trend:

ADA Universiteti Boloniya Universiteti ilə birgə kənd təsərrüfatı və qida sisteminin idarə olunması üzrə sertifikasiya proqramını işə salmaqla yeni kənd təsərrüfatı və qida elmləri fakültəsinin yaradılması üçün təməl qoyur.

Trend xəbər verir ki, bu barədə çərşənbə axşamı ADA Universitetinin akademik işlər üzrə prorektoru Vəfa Kazdal İtaliya-Azərbaycan Universiteti çərçivəsində ADA Universiteti və Boloniya Universitetinin kənd təsərrüfatının və qida sisteminin idarə olunması üzrə birinci qısamüddətli birgə sertifikasiya proqramının açılış mərasiminin kuluarlarında jurnalistlərə deyib.

"Bugünkü layihə ilə biz ADA Universitetində yeni fakültənin yaradılması üçün təməl qoyuruq. Bu fakültə ölkənin kənd təsərrüfatı və qida elmləri sahəsində kadr potensialını artırmasına imkan verəcək. Bu fakültənin yaradılması strateji əhəmiyyət daşıyır. Universitetimiz bu sahədə kadr potensialının hazırlanması üzrə uzun illər ərzində toplanmış təcrübəni tətbiq etməyi və ölkənin kənd təsərrüfatı və qida sənayesinin inkişafına öz töhfəsini verməyi planlaşdırır", - deyə o əlavə edib.

Xatırladaq ki, aprelin 25-də ADA Universiteti və Boloniya Universitetinin kənd təsərrüfatının və qida sisteminin idarə olunması üzrə birinci qısamüddətli birgə sertifikasiya proqramının açılış mərasimi baş tutub.

(Tərcümə: Rəna Əbdürəhmanova)

Məqalədə:
Xəbər lenti

Xəbər lenti