...

ƏMA il ərzində bir milyon yüz min manatdan artıq vəsaitə qənaət edib

Cəmiyyət Materials 26 Aprel 2023 15:21 (UTC +04:00)
ƏMA il ərzində bir milyon yüz min manatdan artıq vəsaitə qənaət edib
Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Bakı. Trend:

Əqli Mülkiyyət Agentliyi il ərzində bir milyon yüz min manatdan artıq vəsaitə qənaət edib.

Trend-in məlumatına görə, bu barədə Əqli Mülkiyyət Agentliyinin İdarə Heyətinin sədri Kamran İmanov “Qadınlar və əqli mülkiyyət: İnnovasiya və yaradıcılıq” mövzusunda konfransında çıxışı zamanı deyib.

K.İmanov bildirib ki, Əqli Mülkiyyət Agentliyi hazırda çalışan dövlət qulluqçularının sayı 43 nəfər, işləyənlərin ümumi sayı isə 32 nəfər azaldılaraq, il ərzində bir milyon yüz min manatdan artıq vəsaitə qənaət etmək mümkün olub.

“Dövlət büdcəsindən yalnız Əqli Mülkiyyət Agentliyinin dövlət qulluqçularına bərabər tutulan işçilərinin əmək haqları maliyyələşdirilir. Agentliyin saxlanma xərcləri və tabeliyində olan iki mərkəzin bütövlükdə fəaliyyəti özünümaliyyələşdirmə prinsipi əsasında həyata keçirilir. Bu isə institusional islahatın effektivliyinin təsdiqidir”,- deyə o əlavə edib.

K. İmanov vurğulayıb ki, məhz buna görə əqli mülkiyyət sisteminin qarşısında duran vəzifələr ölkənin innovasiya siyasəti ilə müəyyən edilir və ölkədə həyata keçirilən iqtisadi islahatlara xidmət edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti