...

Agentliyin “Çağrı Mərkəzi”nə daxil olmuş 31 mindən artıq müraciət cavablandırılıb

Cəmiyyət Materials 26 Aprel 2023 15:24 (UTC +04:00)
Agentliyin “Çağrı Mərkəzi”nə daxil olmuş 31 mindən artıq müraciət cavablandırılıb
Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Bakı. Trend:

2022-ci il ərzində əqli mülkiyyət məsələlərinə dair “Çağrı Mərkəzi” vasitəsi ilə daxil olmuş 31730-dan artıq müraciət cavablandırılıb.

Trend-in məlumatına görə, bu barədə Əqli Mülkiyyət Agentliyinin İdarə Heyətinin sədri Kamran İmanov “Qadınlar və əqli mülkiyyət: İnnovasiya və yaradıcılıq” mövzusunda konfransında çıxışı zamanı deyib.

K.İmanov bildirib ki, infrastrukturun yeni layihələri sırasında yaradılmış “Çağrı mərkəzi”nin fəaliyyəti əqli mülkiyyət obyektləri, o cümlədən sənaye mülkiyyəti obyektlərinin qeydiyyatı sahəsində göstərilən xidmətlərin keyfiyyətinin, habelə ixtira və patent fəallığının daha da artmasına müsbət təsirini göstərib.

“Keçirilmiş sorğulara əsasən, “Çağrı Mərkəzi”nin fəaliyyəti ictimai rəydə ən yüksək qiymət alıb”-, deyə K. İmanov əlavə edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti