...

Muğanlı-İsmayıllı-Qəbələ yolunda görülən işlər açıqlanıb (FOTO/VİDEO)

Cəmiyyət Materials 27 Aprel 2023 13:44 (UTC +04:00)
Muğanlı-İsmayıllı-Qəbələ yolunda görülən işlər açıqlanıb (FOTO/VİDEO)
Samir Əli
Samir Əli
Bütün xəbərlər

Bakı. Trend:

Əhalinin rahat gediş-gəlişində xüsusi əhəmiyyətə malik, paytaxtımızı İsmayıllı, Qəbələ, Oğuz, Şəki, Qax, Zaqatala və Balakən rayonları ilə birləşdirən ən qısa yol hesab olunan Bakı-Şamaxı-Muğanlı-İsmayıllı-Qəbələ avtomobil yolunun Muğanlı-İsmayıllı-Qəbələ hissəsinin yenidən qurulması davam edir.

Trend-in məlumatına görə, II texniki dərəcəyə uyğun qurulan yol layihəsinin icrası ilə, Muğanlı-İsmayıllı-Qəbələ yolunun uzunluğu 9.7 km qısalaraq 76.8 km təşkil edəcək. Mövcud 2 zolaqlı yol genişləndirilərək 4 hərəkət zolağından ibarət olacaq.

Çıxış hissələrində də xüsusi material sərilməklə yamaclar bərkidilir. Tuneldə qazma işləri davam edir. Tuneldə yerinə yetirilən işlər ümumilikdə 22% təşkil edir.

Layihənin 55.5-76.6 km-lik Qəbələ hissəsində hazırda istinad divarları və körpülərin inşası işləri davam etdirilir.

Ümumilikdə yeni layihə üzrə 1 tunel, 1 asma körpü, 15 körpü layihələndirilib. Belə ki, Girdmançay, Talıstançay, Ax-ox çayı, Göyçay çayı və Vəndamçay üzərində yerləşən 5 mövcud körpü 4 zolağa uyğun yenidən qurularaq genişləndirilir. Ağsuçay, Gülyançay və Dəmiraparançay çayları üzrəində yerləşən 3 körpü isə trassanın dəyişdirilmiş yeni oxu üzərində 4 zolağa uyğun yenidən layihələndirilib. Artıq Gülyançay və Qurudərə çayları üzərində körpülərin tikintisi yekunlaşıb. Digər körpülərin inşası üzrə işlər müxtəlif mərhələlərdə olmaqla aparılır.

Qeyd edək ki, respublikanın mühüm turizm bölgələrinə gedən və ilk dəfə ötən əsrin 70-ci illərində ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə salınmış bu yolun yenidən qurulması Prezident İlham Əliyevin verdiyi tapşırığa əsasən layihələndirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti