...

Azercell-in dəstəyi ilə Azərbaycanı təmsil edən məktəblilər Rookie İnspiration mükafatına layiq görüldülər

Cəmiyyət Materials 28 Aprel 2023 17:14 (UTC +04:00)
Azercell-in dəstəyi ilə Azərbaycanı təmsil edən məktəblilər Rookie İnspiration mükafatına layiq görüldülər

Bakı. Trend:

“Azercell Telekom”un dəstəyi və “Train Brain” mərkəzinin təşkilatçılığı ilə NASA-nın dünya səviyyəli müsabiqəsinin final mərhələsinə yüksələn məktəblilərimiz vətənə xüsusi mükafatla geri dönüblər.

ABŞ-ın Hyuston şəhərində FRC (First Robotic Competition) müsabiqəsinin dünya çempionatında təqdim etdiyi sosial layihələrə görə komandamız Rookie İnspiration mükafatına layiq görülüb. Mechack #9030 dörd gün davam edən final yarışında dünyanın fərqli ölkələrindən 20 illik təcrübəsi olan komandalarla mübarizə aparıb.

Xatırladaq ki, 14-18 yaş arasında olan 22 gəncdən ibarət yığmamız bu beynəlxalq tədbir üçün hazırladıqları robotu Nyu-Yorkda münsiflər heyətinə təqdim etmişdilər və nəticələrə əsasən elə ilk cəhddən final mərhələyə çıxmışdılar. Müsabiqədə iştirakçılardan ciddi qaydalar, məhdud vaxt və resurslar çərçivəsində robototexnika proqramları vasitəsilə komanda brendinin yaradılması, sənaye ölçülü robotların qurulması və proqramlaşdırılması tələb olunurdu.

Azercell komandamızı təbrik edir, gənclərə robototexnika, texnologiya səhələrində inkişaf və nailiyyətlər arzu edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti