...

“Davamlı Gələcəyə Doğru” – Samsung Electronics Ağacəkmə Aksiyası Keçirib (FOTO)

Cəmiyyət Materials 30 Aprel 2023 18:10 (UTC +04:00)
“Davamlı Gələcəyə Doğru” – Samsung Electronics Ağacəkmə Aksiyası Keçirib (FOTO)

Bakı. Trend:

Samsung Electronics şirkəti, Care Group şirkəti ilə birlikdə “Davamlı Gələcəyə Doğru” adlı ağacəkmə aksiyasını keçiriblər. Qlobal təbiəti mühafizə strategiyasına uyğun olaraq kampaniya çərçivəsindəki tədbirlərə Samsung Electronics şirkətinin Azərbaycanda olan rəsmi nümayəndəliyi da öz töhfəsini verdi.

Şirkətin əməkdaşları Bakının Müşfiqabad qəsəbəsində ayrılan xüsusi yaşıllaşdırma zonasında 100 ağac əkdilər. Təbii ki, ağacların seçilməsində zeytun və şam ağacı kimi endemik bitkilərə yer verildi.

Samsung Electronics şirkətinin “Everyday Sustainability” strategiyasına əsasən qlobal iqlim dəyişikliyinin qarşısının alınması və təbiəti mühafizə məqsədi ilə yaşıl texnologiya nəinki istehsal prosesinin zərərsizliyinin təşkili, həmçinin məhsulların tərkibinin müəyyənləşdirilməsində həlledici rol oynayır.

Bu aksiya vasitəsilə Samsung və onun əməkdaşları ekoloji dəyərlərə gündəlik həyatlarında da önəm verdiyini nümayiş etdirdi.

Samsung-un təbiəti mühafizə strategiyasının əsas məqsədi planetin sərvətlərini nəzərə almaqla insanlar üçün sağlam və işıqlı gələcəyinə qurulması istiqamətində atılan qlobal təşəbbüslərə dəstək olmaqdır. Lakin şirkət planet qarşısında öhdəliyini təkcə yaşıllaşdırmaya dəstəkdə görmür. Əksinə mövcud tullantının faydalı istifadəsi, təkrar emal və tullantısız istehsal yanaşmasında görür.

Hazırda Samsung bütün cihazların dizaynından istehsalına qədər olan dövriyyəsində planetin ehtiyac və təhlüklələrini nəzərə alır. Məsələn, dizaynda əlavə sərvətlərin istifadəsini tələb edən bütün elementlər ardıcıl şəkildə ləğv edilir. Bundan başqa cihazların istehsalında getdikcə daha çox atılmış plastikdən, o cümlədən okeana atılmış balıq torları və plastik butulkalardan əldə edilən təkrar emal materialından, eyni zamanda istehsal prosesində əmələ gələn qalıq alüminiumdan geniş şəkildə istifadə olunur ki, istismar müddəti bitəndən sonra cihaz flora və faunaya ekoloji zərər vurmasın.

2018-ci ildən başlayaraq, Samsung qab dizaynında da plastikdən istifadəni və paketi təşkil edən elementlərin sayını azaldaraq, yüksək keyfiyyətli təkrar emal edilmiş kağız ilə çalışmağa başlayıb. Şirkətin məqsədi özünün ərsəyə gətirdiyi sellülozdan hazırlanmış kağız yaratmaq, həmçinin ekodizaynlarını tanıtmaqdır.

Samsung üçün “Everyday Sustainability” strategiyasının əsas məntiqi kiçik addımlara dəyər verməyi tərənnüm edir. Müəlliflərin fikrincə, hər kəs planetin dayanıqlılığı uğrunda bircə addım atarsa, böyük və ciddi dəyişikliklərə nail olmaq mümkündür.

Bununla bərabər şirkət planetin sərvətlərinə qayğı ilə yanaşan, atılmış materiallardan faydalanmaqla onlara ikinci həyat verən, istifadəçilərə dürüst dəyərlər təqdim edən innovasiyaların ardınca getməyə çalışır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti