...

Şuşada “Ümummilli Lider Heydər Əliyev-sevimli mahnılar” adlı konsert proqramı təqdim olunub (FOTO)

Cəmiyyət Materials 10 May 2023 22:57 (UTC +04:00)
Şuşada “Ümummilli Lider Heydər Əliyev-sevimli mahnılar” adlı konsert proqramı təqdim olunub (FOTO)

Bakı. Trend:

Şuşada keçirilən “Xarıbülbül” Beynəlxalq Musiqi Festivalı davam edir. Festival çərçivəsində növbəti konsert Mehmandarovların malikanə kompeksində Ulu Öndər Heydər Əliyevə həsr olunan “Ümummilli Lider Heydər Əliyev-sevimli mahnılar” adlı konsert proqramı olub.

Trend xəbər verir ki, konsertdə Ümummilli Lider Heydər Əliyevin sevdiyi mahnılardan ibarət musiqi parçaları səsləndirilib.

Konsert zamanı respublikanın tanınmış ifaçıları tərəfindən “Alagöz”, “Qaragilə”, “Qərənfil”, “Küçələrə su səpmişəm”, “Haradasan”, “Gözəlim sənsən”, “Tut ağacı”, “Sənə də qalmaz”, “Şuşanın dağları”, “Sevgili canan”, “ Dünya sənin, dünya mənim”, “Azərbaycan” və digər mahnı və rəqs nümunələri səsləndirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti