...

Bakıdakı xristian məzarlıqlarında bərpa işləri görülüb (FOTO)

Cəmiyyət Materials 16 May 2023 11:11 (UTC +04:00)
Bakıdakı xristian məzarlıqlarında bərpa işləri görülüb (FOTO)

Bakı. Trend:

Təxminən bir ay bundan əvvəl KİV-də Bakı şəhəri Sabunçu rayonunun Balaxanı qəsəbəsindəki xristian məzarlıqlarında qəbirlərin dağıdılması faktları barədə məlumat yayılmışdı.

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın tapşırığı ilə bu məsələ xüsusi nəzarətə götürülüb. Azərbaycan Prezidentinin Ərazi-təşkilati məsələlər üzrə köməkçisi Zeynal Nağdəliyevin iştirakı ilə əraziyə baxış keçirilib, həmçinin sakinlərlə və rus icmasının nümayəndələri ilə görüş keçirilib.

Bir aydan az müddətdə Bakı şəhərinin icra hakimiyyəti orqanları tərəfindən Balaxanı qəsəbəsində yerləşən qəbiristanda 70 sinə daşı bərpa olunub, 65 sinə daşı isə restavrasiya edilib; 12 xaç bərpa olunub; 770 metr uzunluqda daş divar hörülüb; 3 videomüşahidə kamerası quraşdırılıb; 4500 km uzunluqda yola çınqıl daşlar tökülüb; yeni su xətləri çəkilib və bulaq tikilib; ağartma işləri aparılıb.

Paralel olaraq Bakı şəhəri icra hakimiyyəti orqanları tərəfindən xristian məzarlarının vəziyyətinin monitorinqi nəticəsində müəyyən edilib ki, hazırda paytaxt ərazisində istifadə olunan 28 məzarlıq var və burada 232 654-ə yaxın insan dəfn olunub. Monitorinq zamanı xarici mühitin təsirləri nəticəsində bəzi qəbirlərin dağıldığı aşkar olunub. Həmçinin məzarlıqların metal hasarlarının, sinə daşlarının və dəmir məhəccərlərin zədələnməsi faktları aşkarlanıb.

Bakı şəhərinin yerli icra hakimiyyəti orqanları tərəfindən bütün məzarlıqlarda abadlaşdırma işləri görülüb:

- mövcud su və elektrik xətləri bərpa olunub və ya yeniləri çəkilib;

- 21 məzarlıqda uzunluğu 15 372 metr olan yeni hasarlar çəkilib (və ya mövcud olanlar bərpa olunub);

- 15 məzarlıqda 46 videomüşahidə kamerası quraşdırılıb;

- 1 023 sinə daşı bərpa olunub.

Yuxarıda qeyd olunan bütün faktlar cəmiyyətin bütün sosial təbəqələri və onların xahişləri dini və ya milli mənsubiyyətindən asılı olmayaraq dövlətin diqqət mərkəzindədir. Bu isə öz növbəsində Azərbaycanda multikulturalizmin yüksək səviyyədə olduğunu nümayiş etdirir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti