...

Fərhad Hacıyev "Yüksəliş" müsabiqəsinin onlayn mərhələsinin nəticələrini açıqladı (FOTO)

Cəmiyyət Materials 17 May 2023 16:17 (UTC +04:00)
Fərhad Hacıyev "Yüksəliş" müsabiqəsinin onlayn mərhələsinin nəticələrini açıqladı (FOTO)
Elçin Mehdiyev
Elçin Mehdiyev
Bütün xəbərlər

Bakı. Trend:

3-cü "Yüksəliş" müsabiqəsinin onlayn mərhələsinin nəticələri açıqlanıb.

Trend xəbər verir ki, nəticələri gənclər və idman nazirinin müavini, "Yüksəliş" müsabiqəsinin İşçi qrupunun rəhbəri Fərhad Hacıyev təqdim edib.

O bildirib ki, onlayn mərhələnin ikinci turu olan qabiliyyət üzrə imtahanda iştirak edən 7024 nəfər namizəddən 1325 nəfər növbəti əyani mərhələdə iştirak etmək hüququ qazanıb. Növbəti mərhələyə ugurla keçən namizədlərin 1095-i kişi, 230-u qadındır. İştirakçılardan 404 nəfəri ikinci, 220 nəfəri isa müsabiqəyə üçüncü dəfə qatılıb.

Müsabiqədə iştirak üçün müraciət edənlərdən 683 nəfəri 21-30, 54 nəfəri isə 41-51 yaş aralığındadır.

İştirakçıların 687 nəfəri dövlət, 665 nəfəri özəl, 24 nəfəri QHT, 20 nəfəri isə beynəlxalq qurumların əməkdaşlarıdır.

F.Hacıyev qeyd edib ki, qarşıda iştirakçıları müsabiqənin əyani mərhələsi gözləyir:

"Əyani mərhələ qabiliyyət üzrə yoxlama va idarəetmə bacarıqları üzrə olmaqļla 2 imtahandan ibarətdir. Əyani mərhələni uğurla keçmiş iştirakçılar yarımfinal mərhələsinə adlayacaq. Qiymətləndirma konfransı formatında keçiriləcək yarımfinal və final mərhələlərində iștirakçıların şəxsi keyfiyyətləri ve bacarıqları ekspertlər
tərəfindən qiymətləndiriləcək".

Qeyd edək ki, "Yüksəliş" müsabiqəsinin 20 qalibini 1 il ərzində idarəçi rəhbərlərdən - iri şirkətlərin top-menecerlərindən və dövlət orqanlarının rəhbərlərindən fərdi karyera məsləhətləri almaq imkanı, kadr ehtiyatı bankına daxil edilmə və 20.000 AZN dəyərində pul mükafatı gözləyir.

"Yüksəliş" müsabiqəsi Azarbaycan Respublikası Prezidenti İlham Əliyevin 26 iyul 2019-cu il tarixində imzaladığı Sərəncamla təsis olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti