...

Melanoma ilə mübarizənin ən yaxşı yolu onun qarşısını almaqdır!

Cəmiyyət Materials 18 May 2023 11:29 (UTC +04:00)

Bakı. Trend:

22-26 may tarixlərində, LA ROCHE-POSAY Azərbaycan, Аzərbaycan Dermatoveneroloqlar Assosiasiyasının və Zəfəran Hospitalın dəstəyi ilə “Dəri xərçənginin diaqnostikası günləri” aksiyası keçiriləcəkdir.

“Dəri xərçənginin diaqnostikası günləri” aksiyasının təşkilində və keçirilməsində iştirak edəcək, müayinələrin keçirilməsini təmin edəcək Zəfəran Hospital, Liv Bona Dea Hospital, №1 Klinikası, Ambassade de la Beauté Klinikası, Ekspert Lazer Mərkəzi, Paramed Klinikası, Çöhrə Estetik Klinikası, Bakı Kliniki Mərkəzi, Medline Estetik Mərkəzi, Referans Klinikası və Referans Estetik klinikası, Məlhəm Hospital və Dünya Estetik klinikası kimi mərkəzlər böyük təşəbbüslə aksiyaya qatılıblar.

Aksiyada iştirak etmək istəyənlər üçün ÖDƏNİŞSİZ müayinə təşkil olunacaqdır. Qeyd edək ki, müayinələr ölkənin 40-a yaxın aparıcı mütəxəssis-dermatoloqu tərəfindən həyata keçiriləcəkdir.

Onu da qeyd edək ki, hər il dünya üzrə milyonlarla insanda dəri xərçəngi diaqnozu qeydə alınır. Xəstəliyin gec aşkar olunması isə daha ağır fəsadlara səbəb olur. Ancaq onu da qeyd etmək lazımdır ki, dəri xərçənginin erkən aşkar olunması zamanı, 90% hallarda müalicəsi mümkündür.

Sevdiklərinizin qayğısına qalın.
Müayinədən keçin.

Ətraflı məlumat və müayinəyə yazılmaq üçün:
*7700 ( ardından 4 rəqəmini seçin).

Xəbər lenti

Xəbər lenti