...

Zakir Həsənov Gürcüstanda hərbi paradda iştirak edir

Cəmiyyət Materials 26 May 2023 12:11 (UTC +04:00)
Zakir Həsənov Gürcüstanda hərbi paradda iştirak edir

Bakı. Trend:

Mayın 26-da Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov Gürcüstanın müdafiə naziri Cuanşer Burçuladzenin dəvəti ilə bu ölkəyə işgüzar səfərə gedib.

General-polkovnik Z. Həsənov Gürcüstanın Müstəqillik Günü münasibətilə keçirilən hərbi paradda fəxri qonaq qismində iştirak edir.

Qeyd edək ki, Milli Müdafiə Universitetinin Heydər Əliyev adına Hərbi İnstitutunun Hərbi Orkestri Gürcüstanda Müstəqillik Günü münasibətilə keçirilən silsilə tədbirlərdə iştirak edir.

Xəbər lenti

Xəbər lenti