...

Hindistan səfirliyi Respublika Velodromunda ictimaiyyətə açıq yoqa sessiyası təşkil edib (FOTO)

Cəmiyyət Materials 2 İyun 2023 16:39 (UTC +04:00)

Bakı. Trend:

Hindistanın Azərbaycandakı Səfirliyi 02 iyun 2023-cü il tarixində Bakıda yerləşən Respublika Velodromunda ictimaiyyət üçün açıq Yoqa sessiyası təşkil edib və 200-ə yaxın yoqa həvəskarlarını və peşəkarlarını bir araya gətirib.

Trend xəbər verir ki, tədbirin mötəbər iştirakçıları sırasında Hindistanın Azərbaycandakı Səfiri cənab Sridharan Madhusudhanan, Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirinin müşaviri cənab Əlibaba Əliyev, Respublika Velodromunun Direktoru cənab Tamerlan Salahov, eləcə də Azərbaycan Velosiped Federasiyasının rəsmi şəxsləri və yoqa klubunun üzvləri yer alıblar.

Tədbirin əvvəlində Səfir cənab Sridharan Madhusudhanan və Müşavir cənab Əlibaba Əliyev iştirakçıları salamlayıblar. Onlar yoqanın ümumi sağlamlıq üçün çoxsaylı faydalarını vurğulayıblar və müxtəlif xalqları və millətləri birləşdirən rolunu qeyd ediblər.

Yoqa seansına tanınmış yoqa təlimatçısı cənab Elçin Quliyev rəhbərlik edib. Onun apardığı yoqa seansı bütün iştirakçılar tərəfindən yüksək qiymətləndirilib. Tədbirə mədəni çalar qatmaq üçün Solmaz xanım Əsgərova yoqa seansından sonra füsunkar Hindistan və Azərbaycan rəqslərini ifa edib. Bütün iştirakçılara dadlı hind qəlyanaltıları təqdim olunub.

Beynəlxalq Yoqa Gününün çərçivəsində keçirilmiş bu açıq yoqa tədbiri bu qədim Hindistan təcrübəsinin faydaları haqqında məlumatlılığın yayılmasına kömək edib. Hindistan Səfirliyi yoqanın sağlamlıq və harmoniya vasitəsi kimi təbliği üçün bütün dəstəyi davam etdirəcək.

Xəbər lenti

Xəbər lenti